23 apr 21:54region

Azərbaycanlı məktəblilər Türkiyəyə gediblər — FOTOLAR

Azərbaycanlı məktəblilər Türkiyəyə gediblər — FOTOLARTürkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Azərbaycandan Türkiyəyə 20 məktəbli gedib.

Federasiyanın sədri Bilal Dündarın Demokrat.az-a verdiyi məlumata görə, Kocaeli Şəhər Bələdiyyəsinin dəstəyi ilə qardaş ölkəyə gedən azərbaycanlı şagirdlərin türkiyəli həmyaşıdları ilə görüşləri təşkil olunub.

Bilal Dündar bildirib ki, məktəblilər hər iki ölkənin tarixi və mədəniyyəti ilə bağlı bir-birilərinə məlumat veriblər.

Azərbaycanlı şagirdlər Kocaeli və İzmit şəhərlərinin tarixi, o cümlədən maraqlı yerləri ilə tanış olublar.

Məktəblilər, həmçinin Kocaeli Azərbaycan Mədəniyyət Evində olub, burada onların şərəfinə mədəni tədbir təşkil edilib.

Tədbirdə Kocaeli və İzmit şəhərlərinin rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycanlı məktəblilər Türkiyəyə gediblər — FOTOLAR
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU