22 apr 10:11region

İranın 290 ABŞ casusunu ifşa etməsi… - Karasikin şərhi

İranın 290 ABŞ casusunu ifşa etməsi… - Karasikin şərhiİran tərəfinin yaydığı məlumatların düzgün və ya yanlış olması vacib deyil. Çünki əksər ölkələr bir-birinə casusluq edirlər. Onlar davamlı monitorinqlər nəticəsində digərlərində baş verən proseslərdən xəbərdar olurlar.

Bu sözləri Axar.az-a açıqlamasında Qulf Analitik Mərkəzinin eksperti, doktor Teodor Karasik İranın İnformasiya naziri Mahmud Ələvinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin İran və bölgədə 290 casusunu ortaya çıxardığı haqda bəyanatını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, hazırda elə bir dövrdə yaşayırıq ki, müxtəlif ölkələrin maraqlarına xidmət edən casusların sayı günü-gündən artmaqdadır:

“İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsindən sonra İran regionda bizimlə əlaqəli şəbəkələrdən xəbərdar olduğunu göstərməyə çalışır.

Gələcəkdə belə faktlarla tez-tez rastlaşacağımız istisna deyil. Bu, müasir dövrümüzün qaçılmaz faktıdır”.

Xatırladaq ki, daha öncə İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran və regiondakı böyük casus şəbəkəsini ifşa etdiyini açıqlayıb.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU