22 apr 10:10region

Pompeo İran diaspor liderləri ilə gizli görüşdü – Yeni plan

Pompeo İran diaspor liderləri ilə gizli görüşdü – Yeni planABŞ İranda rejim dəyişikliyinə birbaşa hərbi müdaxilə yoluyla nail olmaq istəmir.

Axar.az “Axios” portalına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo İran-Amerika Cəmiyyətinin nümayəndələri ilə qapalı görüşündə deyib. Məlumata görə, Pompeo cəmiyyətin 15 lideri ilə Dallas şəhərindəki otellərdən birində görüşüb.

Görüş zamanı cəmiyyət nümayəndələri Pompeodan Tehranda rejim dəyişikliyi olmayacağı halda Vaşinqtonun hansı fəaliyyət növlərindən istifadə edəcəyinə aydınlıq gətirməsini istəyiblər. Pompeo isə ABŞ-ın İrana hərbi müdaxilə etməyi planlaşdırmadığını deyib. Bundan sonra Pompeodan ABŞ administrasiyasının İranda çevriliş imkanlarını nəzərdən keçirib-keçirmədiyi soruşulub, dövlət katibi bu suala cavab verməkdən imtina edib.

Pompeo görüşdə həmçinin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ölkə əhalisinə ziyan verməyəcəyi ilə bağlı heç bir zəmanət verməyib.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU