19 apr 09:29region

CHP İstanbulu aldı

CHP İstanbulu aldıƏkrəm İmamoğlunun bu qələbəsi CHP-nin parlament seçkilərində də uğur qazanacağı anlamına gəlmir.

Bu sözləri Axar.az-a CHP-çi Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı uğrunda qələbəsi haqda danışan beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib.

“Əvvəllər böyük şəhərlərdə bələdiyyə seçkilərində əldə edilən uğur parlament seçkilərinə bir vəsiqə kimi qəbul edilirdi. Ancaq bu gün eyni formanı tətbiq etmək mümkün deyil. Çünki növbəti parlament seçkiləri dörd ildən sonra baş tutacaq. Bu mənada İmamoğlunun bu qələbəsi CHP-nin parlament seçkilərində də uğur qazanacağı anlamına gəlmir”, - o qeyd edib.

Professor CHP-nin ölkə siyasətinə təsirinin yalnız bir halda mümkün ola biləciyini deyib:

“Əgər bir neçə deputat AKP-dən qoparaq Millət İttifaqına keçərsə, onda Millət İttifaqı parlamentdəki çoxluğu əldə edə bilər. Bu baş vermədiyi müddətdə isə İmamoğlunun bələdiyyə seçkilərini udması heç nəyi ifadə etməyəcək”.

F.Mehdiyev İstanbulda qələbə qazanan İmamoğlunun daxildə edəcəyi dəyişiklikləri də qeyd edib:

“Bildiyiniz kimi, İstanbul bələdiyyə tenderləri daha çox AKP-dən yana olan şəxslərə verilir. Hesab edirəm ki, İmamoğlunun vaxtında bu proses dayana bilər. Eyni zamanda, İmamoğlu CHP-nin keçmiş prezidentliyə namizədi Məhərrəm İncənin qazana bilmədiyi populyarlığı qazana bilər”.

Yerli seçki dönəmindəki performansına görə İmamoğlunun gələcəkdə partiya lideri yarışmasına qatılması məsələsinə gəlincə, politoloq bunu mümkün sayıb:

“Kamal Kılıçdarlığı CHP-də yek bir lider deyildi, İncənin də xeyli tərəfdarları var idi. İmamoğlu onlardan önə keçə və partiyanın lideri ola bilər. Baxın, Türkiyədə CHP heç vaxt bu qədər səs toplamayıb. CHP-yə səs verənlərin xeyli hissəsi protestorat elektoratdır. Bunun da səbəbi həmin elektoratın sağda səs verəcəyi bir partiyanın olmaması idi. Ona görə də onlar sırf AKP-nin siyasətinə etiraz olaraq CHP-yə səs verdilər. Ancaq CHP-nin Türkiyə siyasətində birinci olması üçün sağ partiya qismində çıxış etməsinə ehtiyac var. Bu isə elə də asan məsələ deyil, çünki CHP-nin öz ənənəsi var”.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU