18 apr 14:30region

"Bunun səbəbi İsrail və ABŞ imperializmidir"

"Bunun səbəbi İsrail və ABŞ imperializmidir"Aprelin 18-də İran paytaxtı Tehran və bir çox digər şəhərlərində Milli Ordu Günü münasibətilə hərbi parad keçirilib.

Axar.az xəbər verir ki, Tehrandakı paradda çıxış edən İran Prezidenti Həsən Ruhani ABŞ və İsraili bölgədəki sabitlik üçün təhdid adlandırıb.

“Bölgə xalqları əsrlərlə birlikdə yaşayıb və heç bir problem olmayıb. Qardaşcasına yaşadılar və qonşuluq haqqına riayət etdilər. Əgər bu gün problem varsa, bunun səbəbi İsrail və ABŞ imperializmidir. ABŞ təslim olmayan və əsarətə boyun əyməyən gücləri sevmir. Gəlin birlikdə hərəkət edək və bölgəmizi işğalçılardan təmizləyək”, - Ruhani bildirib.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU