18 apr 12:04region

Rusiyadakı “ən kasıb” milyarderimiz odur - Yeni reytinq

Rusiyadakı “ən kasıb” milyarderimiz odur - Yeni reytinq“Forbes” Rusiya ən zəngin biznesmenlərinin yeni reytinqini tərtib edib.

Axar.az xəbər verir ki, siyahıda ilk pilləni “Novatek”in rəhbəri Leonid Mixelson tutub. Mixelsonun sərvətinin 24 milyard dollar olduğu bildirilib. Reytinqdə ilk üçlüyü Vladimir Lisin (21,3 milyard) və azərbaycanlı milyarder, “Lukoyl”un rəhbəri Vahid Ələkbərov tamamlayıb. Ələkbərovun sərvəti 20,7 milyard dollar təşkil edib.

Siyahıda digər azərbaycanlı milyarderlər də yer alıb. Zarax İliyev siyahıda 33, Qod Nisanov isə 34-cü yerdə qərarlaşıb. Hər iki milyarderin sərvəti 3,5 milyard dollar təşkil edib.

Araz Ağalarov isə siyahının 52-ci pilləsində mövqe tutub. Ağalarovun sərvəti 1,9 milyard dollar təşkil edib. Azərbaycanlı milyarderlər arasında son yerdə Fərhad Əhmədovdur. 67-ci pillədə qərarlaşan Əhmədovun sərvəti 1,4 milyard dollar olub.

“Forbes” tərtib etdiyi ən zəngin biznesmenlər siyahısına əslən Qusardan olan Seyfəddin Rüstəmovun da adını salıb. Reytinq cədvəlində 152-ci yerdə qərarlaşan Rüstəmovun 700 milyon dollar sərvətə sahib olduğu bildirilib.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU