18 apr 11:22region

Bu gün İranda Ordu Günü qeyd edilir

Bu gün İranda Ordu Günü qeyd edilirOrdu Günü hər il hərbi paradla qeyd edilir

Bu gün İranda Ordu Günü qeyd edilir.

İslam inqilabından sonra təsis olunan Ordu Günü hər il hərbi paradla qeyd edilir.

Aprelin 18-də (29 fərvərdin) Ordu Günü ilə əlaqədar olaraq Tehranda keçirilən hərbi paradda Prezident Həsən Ruhani çıxış edib. O diqqətə çatdırıb ki, İran ordusu dünyada və bölgədə həmişə terror təşkilatları ilə mübarizə aparıb. İranın güclü silahlı qüvvələrə malik olduğunu bəyan edən H. Ruhani bildirib ki, rəsmi Tehran hər zaman dünyada sülhün və sabitliyin hökm sürməsini istəyir.

Prezident bildirib ki, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar qanunsuz və beynəlxalq hüquqa zidd olduğu kimi İran İslam İnqilabı Keşikçiləri Korpusunun da terror təşkilatı kimi tanıması bütün beynəlxalq qanunlara ziddir. O vurğulayıb ki, İran parlamenti də qanun qəbul edib və ABŞ-ın Yaxın Şərq regionundakı həbi hissələrini terrorçu təşkilat kimi tanımağa başlayıb.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi də bir qrup yüksək rütbəli zabiti qəbul edib. İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ə. Xamneyi bəyan edib ki, tarix boyu İrana qarşı hərbi təcavüz etmək istəyənlər daim məğlub olub.(AZƏRTAC)
loading...
XƏBƏR LENTİ
SORĞU