15 apr 14:37region

Türkiyəyə göndəriləcək S-400 kompleksləri ilə bağlı ilginc iddia

Türkiyəyə göndəriləcək S-400 kompleksləri ilə bağlı ilginc iddia Son günlərdə Rusiyanın Türkiyəyə göndərməyə hazırlaşdığı S-400 zenit raket kompleksinin mənzili haqqında çıxan iddialar rusları narahat edib.

Publika.az xəbər verir ki, bir çox mənbələrdə S-400 sisteminin gücünü zəif göstərmək məqsədilə onun mənzilinin 250 km olduğu bildirilib. Lakin “Kommersant” qəzeti sistemlərin 250 deyil, 380-400 km mənzilə sahib olduğunu açıqlayıb.

Sistemin radar mənzili isə 600 kilometrdir.

Qeyd edək ki, Türkiyənin Rusiyadan havadan müdafiə sistemi alması NATO müttəfiqi olan ABŞ-da təşviş yaradıb. Vaxtilə Ankaraya “Patriot” havadan müdafiə sistemi satmayan Vaşinqton S-400-lərin potensialından narahatdır. Buna görə də havadan müdafiə sisteminin Türkiyəyə tədarük edilməməsi üçün hər fürsətdən yararlanmağa çalışır.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev