15 apr 12:56region

ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək

ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu iddia Türkiyə mətbuatında yayılıb.

“Yeni Şəfəq” qəzetinin yazarı Mehmet Acetin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi türkiyəli həmkarlarına 30-dan çox sanksiyanın yer aldığı siyahı təqdim edib. Bu siyahıdakı maddələr Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi tədarük etməsi təqdirində tətbiq olunacaq. Burada, həmçinin, F-16 qırıcılarının hissələrinin tədarükünü dayandırmaqla bağlı sanksiyaya da yer verilib.

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında müxtəlif səbəblərdən ortaya çıxan gərginlik zamanla maliyyə böhranlarının yaranması səviyyəsinə qədər gəlib çatıb. ABŞ Türkiyənin dollardan asılılığından istifadə edərək öz istəklərini həyata keçirmək üçün bu fürsətdən təhdid kimi istifadə edir.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev