13 may 09:23region

“Müharibə olsa, Azərbaycana keçəcəyik” - Dağlıq Qarabağda yaşayan ermənilər

“Müharibə olsa, Azərbaycana keçəcəyik” - Dağlıq Qarabağda yaşayan ermənilərDağlıq Qarabağda yaşayan ermənilər dilə gəldi. Daha doğrusu, çoxdan danışırdılar. Heç susmurdular da. Sadəcə, onların səsinə səs verən yox idi. İndi Qarabağ erməniləri cinayətkar rejim rəhbəri Serj Sərkisyanın qarşısına bir şərt qoyublar. Ya torpaqları qaytar, ya da müharibə olarsa, biz Azərbaycana keçəcəyik.
Region TV xəbər verir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün bəyanatlarına baxmayaraq, Qarabağ erməniləri münaqişə zonasında hərbi əməliyyatların başlamasını istəmirlər. Onlar Azərbaycanın işğal olunan torpaqlarının azad edilməsini və Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən çıxarılmasını istəyirlər.

Dağlıq Qarabağda son vaxtlar bu sözləri bir qədər fərqli formada tez-tez eşitmək olar. Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın valideynlərə bir cavabı var: “Artıq belə davam edə bilməz, qoy vəziyyət sakitləşsin, görək nə olur. Övladlarınızdan da narahat olmayın”.

Qarabağ erməniləri onu da bildirirlər ki, həyatla risk etmək zərurəti yarananda hakimiyyətdəkilərin yadına düşürlər. Və bundan sonra da birlikdən, vəhdətdən danışılır, “bu vətən hamımızındır, onu bir nəfər kimi qorumalıyıq” kimi şablon ifadələr işlədilir.
Dağlıq Qarabağdakı Dördgünlük müharibədən sonra Qarabağ erməniləri arasında psixoloji inqilab baş verib. Onlar deyir ki, varlılar davranışlarını dəyişməsələr, hər şeyi öz mülkiyyəti saymağa davam etsələr, sadə camaat buna dözməyəcək. Partlayış olacaq.
Sakinlərin sözlərinə görə, Dağlıq Qarabağda Dördgünlük müharibədə əsgərin azuqəsi onlardan yığılıb. Dağlıq Qarabağda yaşayan ermənilər xunta rejiminin rəhbərinə müraciətə hazırlaşırlar. Əgər Sərkisyan onların müraciətinə məhəl qoymazsa, könüllü Azərbaycan tərəfə keçəcəklərini də bildiriblər. Həmçinin, “dinc həyat naminə mübarizəyə başlayaq” devizi ilə beynəlxalq qurumlara da səsləniblər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46