05 apr 07:32region

Ermənilərdən Gürcüstana qarşı ərazi iddiası

Ermənilərdən Gürcüstana qarşı ərazi iddiasıRusiya tərəfindən XVIII əsrin sonlarından XX əsrin əvvəllərinə qədər mərhələlərlə Cənubi Qafqazda məskunlaşdırılan ermənilər, 1918-1920-ci illərdə Azərbaycan torpaqlarında öz dövlətlərini qurduqdan sonra, Yaxın qonşuları olan İran, Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar.

Ermənistanın “Вне Строк” (Vne Srok) saytında gedən “Gürcüstan erməni ərazisidir” yazısında indiki Gürcüstanı erməni ərazisi hesab edən ermənilər Gürcüstanın Sxumi və Dmanisi ərazilərini qədim erməni bölgələri adlandırır və bunu “tarixi faktlarla əsaslandırmağa çalışırlar. https://vstrokax.net/v-mire/kak-v-gruzii-nazyivayut-armeniyu/

Sayt yazır: “erməni sözü gürcü dilində «Somekhi» — Somexi, yəni — «Somkheti» — Somexeti dövləti anlamını verir. Orta əsr gürcü mənbələrində bu regionun əhalisinin erməni olduğu göstərilir. Ona görə də coğrafi baxımdan “Somxeti” - (სომხეთი) termini də Ermənistana aiddir” . Daha sonra məqalədə göstərilir: “1902-ci ildə Tiflisdə gürcü regionlarını əks etdirən xəritə çap olunmuşdur. O, xəritədə Dmanisi (“Baş keçid” - əlavə bizimdir) erməni əhalisinin torpaqları kimi göstərilir.

Heç bir tarixi mənbəyə əsaslanmayan bu “fakt”lar Ermənistanın Gürcüstana ərazi iddiasından başqa bir şey deyildir. Bütün bunların fonunda Gürcüstan hakimiyyəti Abxaziyada gürcülərə və Qarabağda azərbaycanlılara qarşı vuruşan bir erməni terroristə heykəl qoyulmasına icazə vermələri, Ermənistanın Gürcüsytana qarşı ərazi iddialarına haqq qazandırmaları kimi görünür.

Faiq İsmayılov
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU