26 mar 14:25region

Rusiya Krıma nüvə silahı yerləşdirir – Kəşfiyyat

Rusiya Krıma nüvə silahı yerləşdirir – KəşfiyyatRusiya nüvə başlıqlarını Krım ərazisinə köçürməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skivitski danışıb.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı artıq bu il nüvə döyüş başlıqlarının köçürülməsinə cəlb olunan birləşmələrin təlimlərə cəlb olunmasını aşkar edib.

Skivitski həmçinin Rusiyanın Cənub Hərbi Dairəsində yeni bir raket briqadası yaratdığını qeyd edib. Bu briqada “İsgəndər” və nüvə başlığı daşıya bilən, fəaliyyət radiusu artırılmış qanadlı raketlərlə təchiz ediləcək.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev