25 mar 11:42region

Ukraynada prezidentliyə ən şanslı namizədlər - Reytinq

Ukraynada prezidentliyə ən şanslı namizədlər - ReytinqUkraynada martın 31-də keçiriləcək prezident seçkilərinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib.

Namizədlərin reytinqində Zelenski (32,1 faiz), Poroşenko (17,1 faiz) və Timoşenko (12,5 faiz) prezidentliyə namizədlərin ilk üçlüyünü tamamlayıb.

Xatırladaq ki, Yuliya Timoşenko namizədlər arasında Yuri Vladimiroviç Timoşenko adlı keçmiş kolxoz işçisinino lmasını özünə qarşı təxribat sayır. Onun fikrincə, ad soyad və ata adında eynilik olan həmin şəxs seçki bülletenində səhvən onun yerinə həmin şəxsə səs verilməsi üçün qəsdən ortaya atılan namizəddir.

Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev