11 may 20:57region

İran meyitlərə görə Türkiyədən yardım istədi

İran meyitlərə görə Türkiyədən yardım istədiİran Suriyanın Hələb şəhərində öldürülən əsgərlərinin meyitlərini geri almaq üçün Türkiyədən yardım istəyib.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, rəsmi Tehran Türkiyə ilə yanaşı, Qətərə də bənzər yardımla müraciət edib.

Qeyd edək ki, ötən həftə “Fəth Ordusu” blokunun tərkibindəki Nüsrə Cəbhəsi qruplaşması Hələbin Xantuman bölgəsində İran hərbçilərini pusquya salaraq 60-dan çoxunu məhv edib. Hazırda iranlı hərbçilərin meyitləri sözügedən qruplaşmanın əlindədir.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10