23 mar 20:08region

Uzun aradan sonra Rusiya azərbaycanlıları bir arada

Uzun aradan sonra Rusiya azərbaycanlıları bir arada Novruz bayramı Rusiya paytaxtında birlik və bərabərlik şuarı altında qeyd edildi

Martın 22-də Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Novruz bayramı münasibətilə mərasim keçirilib. Tədbirin təşkilat komitəsindən musavat.com-a verilən bilgiyə görə, 300 nəfərin qatıldığı bayram tədbiri Moskvanın məşhur məkanlarından birində keçirilib.

Tədbirə Moskva vilayətində və Rusiyanın bir çox regionunda fəaliyyət göstərən Azərbaycan icmalarının rəhbərləri, Rusiyada çalışan azərbaycanlı elm xadimləri, ictimai fəallar qatılıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Teymur Atayev də dəvətlilər sırasında olub və çıxışı zamanı Diaspor Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına bayram təbrikini çatdırıb.

Mərasim Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun bayram tədbirinin iştirakçılarına təbrik məktubu ilə açılıb. Fizuli Məmmədov Türkiyə paytaxtında keçirilən Turan Qurultayında iştirak etdiyi üçün onun bayram imüraciətini tədbirin təşkilat komitəsinin sədri Ceyhun Əliyev səsləndirib: “Sizi salamlamaq və Sizə ən xoş və səmimi arzularımı çatdırmaq mənim üçün olduqca xoşdur. Rəhbərlik etdiyim «Dünya Azərbaycanlıları İttifaqı» və «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» artıq hər ‘’Novruz’’ bayramı ərəfəsində şəhid ailələri və Qarabağ müharibəsi veteranlarına mənzillər hədiyyə etməyi, maddi yardım göstərməyi və bayram süfrəsi açmağı bir ənənəyə çevirib. Bugünkü bayram axşamına Azərbaycan diaspor təmsilçiləri ilə yanaşı bizə ən yaxın və ən əziz insanları dəvət etmişik: Azərbaycan diasporunun nümayəndələrindən xalqımızın əsl vətənpərvərlərini və Rusiyadakı digər xalqlardan Azərbaycanın sadiq dostları hesab etdiyimiz nümayəndələri. Buna görə də Sizin hər biriniz bizim üçün ən arzu edilən və ən hörmətli qonaqlarsınız. Sizi bayram tədbirimizdə görmək bizə olduqca xoşdur. Novruz insanları yaxınlaşdırmaqla, əsl vətənpərvərləri və Azərbaycanın ən sadiq dostlarını bir bayram süfrəsi ətrafında toplamaqla yenidən öz tarixi missiyasını yerinə yetirir. Şəxsən öz adımdan və «Dünya Azəraycanlıları İttifaqı» və «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» adından Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm və Sizə, yaxınlarınıza və doğmalarınıza möhkəm can sağlığı, uzun illər boyu xoşbəxt və firavan həyat, bolluca mərhəmət və sevgi, sülh və sabitlik arzu edirəm! Qoy Uğur hər zaman yol yoldaşınız olsun!”.

Qonaqlar sırasında Azərbaycanın Rusiya böyükelçiliyinin təmsilçiləri ilə yanaşı Rusiyadakı diplomatik korpusun nümayəndələri, milli azlıqların, eləcə də Rusiya Dövlət Dumasında təmsil olunan siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də olub.

Bayram tədbirinin bədii hissəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri çıxış edib, Novruz bayramı ilə bağlı adət-ənənələrin təbliğinə yönəlik əyləncəli yarışmalar keçirilib, qaliblərə son model 20 ədəd telefon və televizor hədiyyə edilib.
Uzun aradan sonra Rusiya azərbaycanlıları bir arada
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev