22 mar 12:39region

Zelandiya XİN rəhbəri İstanbulda: Qatil hansı cəza alacaq?

Zelandiya XİN rəhbəri İstanbulda: Qatil hansı cəza alacaq?Terrorçu Brenton Tarrant həyatının yerdə qalan hissəsini təkadamlıq kamerada keçirəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Useyminlə birgə təşkil edilən mətbuat konfransında çıxışı zamanı Yeni Zelandiya Xarici İşlər naziri Vinston Peter deyib.

“Yeni Zelandiya tarixinin ən böyük istintaqı başladılıb. Dini inanc azadlığına çox önəm verən ölkəyik. Müsəlmanlara qarşı olan hücum hamımıza qarşı olan hücumdur”, – deyə o bildirib.

Qeyd edək ki, Yeni Zelandiya XİN rəhbəri İstanbuldadır.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev