22 mar 08:35region

Ərdoğandan türk və kürd dillərində Novruz təbriki

Ərdoğandan türk və kürd dillərində Novruz təbrikiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter və Feysbuk hesablarından Novruz bayramı ilə bağlı təbrik mesajı yayımlayıb.

Axar.az xəbər verir ki, dövlət başçısı bu bayramın birlik və bərabərliyini ifadə etdiyini bildirib.

“Bütün vətəndaşları səmimi qəlbdən salamlayıram. Baharın gəlişini ifadə edən, bütün fərqliliklərə rəğmən keçmişə və gələcəyə birlik və bərabərliklə sahib çıxmaq anlamına gələn Novruz bayramını qeyd edirəm. Bolluq və bərəkət rəmzi olan Novruz bayramının əziz millətimizə gözəlliklər və xoşbəxtliklər gətirməsini arzu edirəm”, - deyə Ərdoğan təbrik mesajında qeyd edib.

Qeyd edək ki, türk liderin təbriki kürd dilində də paylaşılıb.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev