22 mar 08:31region

Avropa İranı kürəyindən bıçaqladı - Xamenei

Avropa İranı kürəyindən bıçaqladı - XameneiABŞ-ın təktərəfli olaraq nüvə razılaşmasından çəkilməsindən sonra Avropa ölkələri də faktiki olaraq razılaşmadan çıxıb.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamenei deyib. O, İNSTEX-i acı zarafat adlandırıb:

“Qurduqları kommersiya sistemi daha çox zarafata oxşayır. Acı bir zarafat...”

Xamenei ölkəsindəki problemlərin bir qisminin Qərbə inamdan qaynaqlandığını bildirib:

“Avropalılar İranı keçmişdə olduğu kimi kürəyindən bıçaqlayıb. Düşmən (ABŞ) bizə qarşı iqtisadi müharibəyə başlayıb. Bu savaşda düşməni məğlub etmək yetərli deyil, onları qərarından daşındırmalıyıq”.

Qeyd edək ki, bundan öncə Britaniya, Fransa və Almaniya İranla ticarətdə ABŞ sanksiyalarından yayınmaq üçün İNSTEX sistemi yaradıb.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev