22 mar 08:27region

Sağlığında bu məsələni həll etdi - Politoloq

Sağlığında bu məsələni həll etdi - PolitoloqZeynal Əmrəliyev
politoloq

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Novruz bayramı öncəsi qəfil istefasından sonra yaşananlar hələdə dünyanın diqqət mərkəzindədir. 30 ildir ölkəni idarə edən bu "qocaman siyasətçi" nin qəfil siyasi gedişləri bir qədər qeyri-müəyyənlik yaşatdı. Nursultan Nazarbayevin hakimiyyətdən gedişi barədə çoxdan proqnozlar verilirdi. Ancaq demək olar ki, hər kəsin düşündüyü onun yerini ya komandasından birinə, yada ailəsindən kiməsə verəcəyi ilə bağlı idi.Ancaq elbası mərhum özbək həmkarı kimi etmədi. Sağlığında bu məsələni həll etdi.

Qazaxıstanda uzun zamandır Nazarbayevin güclü hakimiyyəti olduğu üçün və lider qoca olduğu üçün bir problem özünü gösdərirdi -hakim ailənin üzvləri və iqdidarın başında duranlar arasında daim açıq və ya gizli mübarizə gedir.Zamanında eyni problem Özbəkistandada özünü gösdərmişdi.Orda İslam Kərimovun ölümündən sonra daxili siyasi mübarizə nəticəsində baş nazir Şövkət Mirzəyev qısa zamanda Kərimovun ailəsinin neytralaşdırdı, daha sonra hakimiyyət içindəki əzəli rəqibi olan "illərin çekisti", Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Rüstəm İnayətovu vəzifədən azad edərək sistemdən kənarlaşdırdı.Mirzəyevin Kərimovun ailəsinin başına nələr gətirdiyini isə hər kəs gördü.Təbii ki, Nazarbayevdə bunlar müşahidə etdi və hər şeyi götür-qoy etdikdən sonra öz planını işləyib hazırladı.Güclü hakimiyyətini 3 yerə böldü.Konstutusiyaya edilən dəyişiklə Nazirlər Kabinetini prezidentin tabeçiliyindən çıxardaraq parlamentin tabeçiliyinə verdi.Həmçinin özünü ömürlük Təhlükəsizlik Şurasının rəhbəri etdirdi.Nazarbayev hökuməti parlamentin nəzarətinə verməklə özündən sonra güclü prezident hakimiyyətini isdəmədiyini gösdərdi.İkinci addımı ilə isə əsas gücü, hüquq-mühafizə orqanlarına rəhbərliyi öz əlinə aldı.

Bu özünə qarşı baş verəcək hansısa əks hərəkətdən sığortalanmaq üçün atılmış bir addım idi.Güc nazirləri ölkənin əsas qanuna görə prezidentə tabe olsalarda əslində ömrünün sonuna qədər Nazarbayevin tabeçiliyyində olacaq.Gələcək prezidentin güclənərək ona qarşı gedişlər etməsi qeyri-mümkündür.Çünki sosial-iqdisadi nazirliklər parlamentin nəzarətindədir.Nazarbayevin vəfatından sonra güc nazirlikləri tam şəkildə prezidentin sərancamına keçəcəcək.Bununlada Qazaxıstanda bir-birinə nəzarət edən iki güc-prezident və parlamentin hakimiyyəti formalaşmış olacaq.Bu isə ölkənin başına konkret hansısa dövlətin adamının keçməsini əngəlləmək üçün edildi.Artıq prezident-parlament arasında bir-birinə nəzarət mexanizmi yarandı.O, prezident vəzifəsindən qəfil istefası ilə iki məsələni həll etdi.Birincisi seçkiyə hesablanmış bütün xarici və daxili planları pozdu, ikincisi isə hakimiyyətin ötürülməsi üçün 1 illik keçid dövrünü hazırlamış oldu.Məhz ondan sonra dövlətin başında oturacaq şəxs bu 1 ilin ərzində tam müəyyənliyini qazanacaq.Təbii ki, əvvəlcədən müəyyən olunmuş bir neçə namizəd var və onlar 1 ilin ərzində ardıcılıqla önəmli postlara gətiriləcək.Bir müddət əvvəl Nazarbayevin qəflətən Nazirlər Kabinetini buraxıb yenidən təşkil etməsidə buna hesablanmış bir addım idi.Bundan sonra Qazaxıstanda 3 əsas vəzifə var. Prezident, baş nazir və parlamentin sədri. İlk ikisində hazırda əyləşənlər müvvəqətidir. Parlamentin-Senatın sədri vəzifəsinə isə ötən gün elbasının qızı Dariqa Nazarbayeva seçildi. Bununla da o, ailəsinin siyasi varisliyini və mövqeyini xeyli gücləndirdi. Qocaman siyasətçi yaxşı anlayırdı ki, onsuz da ölkədə hakimiyyət uğrunda mübarizə başlayacaq. Buna görə də bu mübarizəni elə öz sağlığında özü təşkil etdi.

Buna görə qəflətən prezidentlikdən istefa etdi, hazırlanmış planları pozdu, siyasi mübarizə üçün 1 illik vaxt qoydu. Prossesə Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının rəhbəri olaraq özü hakimlik edəcək və qalibləri sonda özü müəyyən edərək mükafatlandıracaq. Varis kimi çoxunun adı keçsədə belə görünür ki, siyasi mübarizə əsas iki şəxsin-Senatın keçmiş sədri, hazırda prezident səlahiyyətlərini icra edən Qasım Jomart-Tokayev və Senatın yeni sədri Dariqa Nazarbayeva arasında gedəcək.Hərgah, mübarizədə adı hallanan daha bir şəxs isə liderin bacısı oğlu Kayrat Satıbaldıdır. O, Milli Təhlükəsizlik Xidmətinin rəis müavinidir.Həmçinin Nur Otan Partiyasınında rəhbərliyində təmsil olunur.

Ölkədə belə bir iddia ortaya atılıb ki, Satıbaldı Vladimir Putin tərəfindən dəstəklənir və dayısının varisi məhz o olacaq.Ancaq onun hazırki durumu bu iddianın doğruluğunu şübhə altında qoyur. Çünki yad Tokayevi bir kənara qoyaq, elə dayısı qızı Dariqanın mövqeyi ondan qat-qat üsdündür.Ancaq qarşıdakı 1 ildə hər şey dəyişilə bilər. Çoxunun açıq və ya gizli formada narazılıqla qarşıladığı Astananın adının dəyişdirilməsi ilə isə Nursultan Nazarbayev sağlığında özünün qurucu və əbədi lider imicini yaratmaq məqsədi ilə edilmiş bir addım idi.Yəni "ölkənin lideri kim olur olsun, mən əbədi liderəm" ismarıcını vermiş.Görünən budur ki, elbası "hakimiyyət tortu" nu sağlığında öz əli ilə üç hissəyə böldü.Ən böyük payı öz qarşısına qoyub, digər iki payı isə özünün təşkil edib hakimliyini etdiyi "siyasi oyun" nun qaliblərinə verəcək.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev