20 mar 22:29region

Gürcüstanda avtomobildə azərbaycanlı gəncin meyiti tapılıb

Gürcüstanda avtomobildə azərbaycanlı gəncin meyiti tapılıbGürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində “Mercedes” markalı avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gənc odlu silahla özünə sui-qəsd edib.

Kənd sakinləri adı açıqlanmayan gəncin meyitini bu gün səhər saatlarında aşkar ediblər və bu barədə polisə məlumat veriblər.

Azərbaycanlı gəncin qətlə yetirilməsi istisna olunur.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıb.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev