20 mar 11:12region

Nazarbayev istefa verdi, amma hakimiyyətdə qalacaq

Nazarbayev istefa verdi, amma hakimiyyətdə qalacaqPrezidentliyi təhvil vermək hələ Nazarbayevin hakimiyyətdən getməsi mənasına gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, qocaman siyasətçi 2017-сi ildən bəri özünün prezidentliyindən sonrakı dövrə hazırlıq görür və bu məqsədlə Konstitusiya islahatları aparıb:

"Məsələn, 2017-ci ilin martında Konstitusiyaya edilən dəyişikliyə əsasən prezidentin bəzi səlahiyyətləri parlament və hökumət arasında bölüşdürülüb. Hökumətin prezident tərəfindən təkbaşına deyil, parlamentin iştirakı ilə formalaşdırılması, baş nazirin qanunverici orqan qarşısında cavabdehliyi təsbit edilib. Prezident yalnız 3 naziri – müdafiə, daxili və xarici işlər nazirlərini təyin etmək hüququna malikdir, Nazirlər Kabinetinin qalan tərkibini parlament müəyyənləşdirir. Prezident Nazirlər Kabinetinin və baş nazirin qəbul etdiyi aktları ləğv edə bilməz. 2018-ci il mayın 31-də isə Qazaxıstan parlamenti Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına rəhbərlik etmək hüququ verən qanun qəbul edib. Qanuna əsasən, Təhlükəsizlik Şurasının statusu dəyişdirilir və o, məsləhət-məşvərət orqanından konstitusion dövlət orqanına çevrilir. Bu qurum Nazarbayevin rəbərliyi ilə milli təhlükəsizlik, müdafiə sahələrində dövlət siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və təşkili məsələlərinə baxacaq".

Politoloq vurğulayıb ki, bu, Elbaşının aktiv gündəlik fəaliyyətdən və ölkədəki sosial-iqtisadi problemlərə görə cavabdehlikdən kənara çəkilib, Təhlükəsizlik Şurasının sədri qismində ölkəyə nəzarəti öz əlində saxlayacağı anlamına gəlir.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev