19 mar 10:13region

Dünyanın ən güclüləri: Türkiyə Almaniyadan, İran İsraildən üstündür

Dünyanın ən güclüləri: Türkiyə Almaniyadan, İran İsraildən üstündür“Qlobal Fire Power” saytı 2019-cu ildə dünyanın ən güclü ordularının siyahısını tərtib edib.

Teleqraf.com xəbər verir ki, 137 ölkənin olduğu siyahıda ilk üçlüyü ABŞ, Rusiya və Çin tutur.

ABŞ ordusu 617 milyard hərbi büdcəsi ilə dünyanın ən güclü ordusu sayılır. Onun arsenalında 6 mindən çox tank, 13 mindən çox hərbi hava qüvvəsi, 415-dən çox gəmi var. ABŞ ordusunun insan resursu 1281900 nəfərdən ibarətdir.

Rusiya dünyada ikinci ən güclü orduya malikdir. Rusiya ordusunun hərbi büdcəsi 44 milyard dollardır. 21 mindən çox tankı, 352 ədəddən çox hərbi gəmisi, 4078 ədəd hərbi hava qüvvələri texnikası var.

224 milyard dollar hərbi büdcəsi olan Çin ordusu 2693000 hərbçiyə sahibdir. 3187 hərbi hava texnikası, 13050 ədəd tankı, 40 min zirehli avtomobili və 714 hərbi gəmisi olan Çin ordusu dünyada üçüncü ən güclü ordu kimi təqdim edilir.

Hindistan ordusunun büdcəsi 55,2 milyard dollardır. 2082 ədəd hərbi hava, 4184 tankı, 295 ədəd hərbi gəmisi olan Hindistan ordusu dünya sıralanmasında dördüncü yerdədir.

Dünyanın beşinci ən güclü ordusu Fransaya aiddir və bu ordunun büdcəsi 40,5 milyard dollardır.

388 min hərbçisi olan Fransa ordusunun hərbi hava texnikasının sayı 1248 ədəddir. 406 ədəd tankı, 6300 ədəd zirehli avtomobili, 118 gəmisi olan Fransa ordusu Avropada birinci yerdə gəlir.

47 milyard büdcəsi olan Yaponiya ordusu dünyanın 6-cı ən güclü ordusudur. 303 mindən çox hərbçisi olan yapon ordusunun 1572 ədəd təyyarəsi, 1004 ədəd tankı, 3072 ədəd zirehli avtomobili, 131 ədəd hərbi gəmisi var.

8,6 milyard dollar hərbi büdcəsi olan Türkiyə dünyanın 9-cu ən güclü ordusuna malikdir. 1067 təyyarəsi, 3200 tankı, 9500 zirehli avtomobili, 194 ədəd hərbi gəmisi olan türk ordusu hətta Almaniyanı ötüb.

6,3 milyard dollar hərbi büdcəsi olan İran ordusu siyahıda 14-cü yeri tutub. 19,6 milyard dollarlıq hərbi büdcəsi ilə İsrail dünyanın 16-cə ən güclü ordusu siyahısında yer alır. Pakistan ordusunun illik büdcəsi 7 milyard dollardır və siyahıda 17-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda ilk 25 dövlətin arasında MDB dövlətlərindən heç bir dövlətin adına rast gəlinmir.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev