14 mar 16:25region

Prezident Administrasiyasının əməkdaşı öldürülüb

Prezident Administrasiyasının əməkdaşı öldürülüb Ukrayna Prezident Administrasiyasının əməkdaşı Kiyevdə ölmüş vəziyyətdə aşkar edilib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatında meyitin Ukrayna paytaxtının Şevçenko rayonunda kilsə yaxınlığında tapıldığı bildirilib.

Eyni zamanda hüquq-mühafizə orqanları əməkdaşları dərhal qətldə əli olduğu güman edilən iki nəfəri saxlayıb. Məlumata görə, saxlanılan şəxslər ölüm hadisəsindən az əvvəl mərhumu görüblər. Ölən şəxsin üzərində pul və mobil telefon olmayıb.

Ukrayna KİV mənbələrinə istinadən mərhumun Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatıy olduğunu xəbər verib.
loading...
XƏBƏR LENTİ