14 mar 11:35region

Paşinyan Zurabişvilini qarşılamağa niyə gəlmədi?

Paşinyan Zurabişvilini qarşılamağa niyə gəlmədi?İrəvanda iki günlük səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Zvartnots” hava limanında qarşılanma mərasimi erməni mətbuatında geniş əks-səda doğurub.

Axar.az xəbər verir ki, Gürcüstan prezidentini yalnız Ermənistan baş nazirinin müavini və İrəvan şəhər meri qarşılayıb.

Dağlıq Qarabağdan helikopterlə qayıdan Paşinyanın qonşu dövlətin yüksək səviyyəli qonaqlarını qarşılamağa gəlməməsi isə Gürcüstan nümayəndə heyəti üçün xoşagəlməz hal olub.

Bəzi erməni siyasətçiləri bunun səbəbini ATƏT-in son bəyanatından dolayı Paşinyanın hələ də şokda olması və Zurabişvilinin ilk səfərini Azərbaycana etməsi ilə izah edirlər.

Qeyd edək ki, Gürcüstan prezidenti ədliyyə naziri, parlamentin vitse-spikeri və bir sıra deputatların da daxil olduğu geniş nümayəndə heyəti ilə ötən gündən etibarən Ermənistanda səfərdədir.
loading...
XƏBƏR LENTİ