12 fev 15:19region

Söyün Sadıqov həbs olundu

Söyün Sadıqov həbs olunduRostov polisi azərbaycanlı biznesmen Söyün Sadıqov saxlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya KİV-ləri yayıb. O, bir hektar ərazi və 100 milyon rubl vəsaiti mənimsəməkdə ittiham edilib. Onun öz tərəfdaşları ilə birgə bu vəsaiti “Nebuq” şirkətindən tələb etdiyi müəyyən olunub. Bundan sonra biznesmen polisə müraciət edib və hüquq mühafizə əməkdaşlarının iştirakı ilə Sadıqov 5 milyon rubl verib.

Qeyd edək ki, Sadıqov mətbuat tərəfindən Rusiya Prezidenti Vladimir Putinin adamlarından biri kimi təqdim olunur.
loading...
XƏBƏR LENTİ