11 fev 08:23region

Qaşıqçının öldürülməsi əmrini kim verib? - Nazir

Qaşıqçının öldürülməsi əmrini kim verib? - NazirŞahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı əmr verməyib.

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər üzrə Dövlət naziri Adil Cübeyr CBS-yə açıqlamasında deyib.

“Onun ölümü böyük faciə idi. Bu, səhv idi və öz səlahiyyətlərini aşan səudiyyəli rəsmilər tərəfindən törədilmişdi. Bütün ölkə bu hadisədən dolayı şokda idi”, - deyə nazir bildirib.

Cübeyr həmçinin Qaşıqçının cəsədinin qalıqlarının harada olmasından xəbərsiz olduğunu qeyd edib:

“Bunu yalnız qatillər bilir ki, onların da dindirilməsi prosesi davam etdirilir”.
loading...
XƏBƏR LENTİ