09 fev 20:41region

Ermənistandan gizli yolla sərhədi keçən 7 nəfər saxlanıldı

Ermənistandan gizli yolla sərhədi keçən 7 nəfər saxlanıldıGürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistandan bu ölkəyə gizli yolla keçmək istəyən 7 nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Məlumatda bildirilir ki, əməliyyat Ermənistanla Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-keçid məntəqəsinin nəzarət olunmayan ərazisində keçirilib. Nəticədə sərhədi gizli və qanunsuz yolla keçmək istəyən 3 nəfər Banqladeş, 3 nəfər Hindistan və 1 nəfər Yəmən vətəndaşı saxlanılıb. Həmin şəxslərin Ermənistana hansı yolla gəldikləri barədə məlumat yoxdur.

Faktla bağlı cinayət işi başlanılıb.
loading...
XƏBƏR LENTİ