09 fev 17:16region

Zəlzələ olsa, İstanbulda 1,1 milyon bina dağılacaq - Şok proqnoz

Zəlzələ olsa, İstanbulda 1,1 milyon bina dağılacaq - Şok proqnozİstanbulun 70%-ində qanunsuz tikinti işləri aparılıb.

Axar.az xəbər verir ki, bunu professor Əhməd Ercan deyib.

“Hazırda şəhərdə 1,6 milyon bina var. Əgər nə zamansa zəlzələ olsa, ən azı 1,1 milyon bina bundan öz "bəhrəsini" götürəcək”, – o bildirib.

Geoloq Şənər Üşümezsoy İstanbulda ehtiyac olmayan yerdə bina ucaldılmasının faciəyə səbəb olacağını söyləyib:

“Lazımsız yerlərdə hündürmərtəbəli binalar ucaldırlar. Bələdiyyələrdən izn aldıqları üçün rahat davranırlar. Şəhərdə 15-30 mərtəbəli binalar tikirlər. Heç kim unutmasın ki, təbiətin qanunu, bələdiyyə məclisinin qanunundan daha sərtdir. Əgər Mərmərə dənizində böyük zəlzələ olsa, İstanbulda bina qalmayacaq”.
loading...
XƏBƏR LENTİ