25 yan 19:47region

“Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar”

“Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar”Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulması ilə bağlı Gürcüstan parlanentinin azərbaycanlı deputatı, "Gürcü Arzusu" fraksiyasının üzvü Savalan Mirzəyev açıqlama verib.

Modern.az-ın məlumatına görə, o, terrorçuya abidə qoyulmasına ciddi etiraz edərək bildirib:

"Mən düşünürəm ki, müəyyən qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Torpaqları işğal altında olan və separatçılıqdan əziyyət çəkən Gürcüstan hec bir zaman separatizmi dəstəkləməyib. Mən bu hadisəni Azərbaycana qarşı yox, ilk növbədə Gürcüstana qarşı atılan bir təxribat hesab edirəm. Çünki bələdiyyə səviyyəsində verilən bu qərar nə hakimiyyətin, nə də Gürcüstan dövlətinin qərarıdır. Baş verən hadisəni pisləyir və qınayıram, bu cür təxribatların qarşısının alınacağına inanıram”
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU