05 may 16:53region

İranda hərbçilərlə kürd silahlıları arasında atışma olub – 10 əsgər ölüb

İranda hərbçilərlə kürd silahlıları arasında atışma olub  –   10 əsgər ölübİranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt bölgəsində İslam Respublikasının hərbçiləri ilə kürd silahlıları arasında atışma nəticəsində 10 əsgər həyatını itirib, 20-si yaralanıb.
“Report” xəbər verir ki, bunu İran Kürdüstan Demokratik Partiyası Şurasının üzvü Məhəmməd Saleh “Anadolu” agentliyinə bildirib.
Onun sözlərinə görə, İran-İraq sərhədi yaxınlığında yerləşən Sərdəşt rayonunda kürd silahlıları ilə İran hərbçiləri arasında atşıma düşüb: “Nəticədə 10 əsgər ölüb, 20-si yaralanıb. Öldürülən hərbçilərin 8-i haqda əlimizdə məlumat var. Onlardan biri böldəki yüksək rütbəli komandirdir”.
İran İnqilab Keşikçiləri Qvardiyasının “badriyoon.ir” saytının məlumatına görə, Sərdəştdə iki əsgər həyatını itirib, biri isə yaralanıb.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16