11 yan 07:37region

Erməni ailəsi bu yolla azərbaycanlıya çevrildi

Erməni ailəsi bu yolla azərbaycanlıya çevrildiAltı nəfərdən ibarət erməni ailəsi özünü azərbaycanlı kimi qələmə verərək, Almaniyada yaşayış hüququ almaq prosesini bu yolla sürətləndirmək istəyib.

“Wormser Zeitung” nəşri xəbər verir ki, Almaniyaya gəldikdən sonra sənədlərini məhv etmiş ermənilər özlərini Həsənov kimi təqdim ediblər. Düşüncə isə bundan ibarət olub ki, Almaniyanın miqrasiya xidmətləri Azərbaycana və zərurət yaranarsa, Ermənistana müraciət etsələr, cavab gəlməyəcək, çünki belə adda və familiyada adamlar yoxdur.

Lakin “Həsənov”ların – nənənin, atanın, ananın və üç uşağın qaçqın statusu almaq üçün verdikləri vəsatət rədd edilib. O zamandan bəri ailə müavinət alaraq Vormsda yaşayır. Lakin daim belə davam edə bilməzdi. Yalan ifşa olunub və məlum olub ki, bunlar Həsənov yox, Mkrtçyan və Xalatyanlardır. Uşaqlarının adları isə Nelli, Metaksiya və Gevorqdur. O da məlum olub ki, özünü nənə kimi təqdim etmiş qadının bu ailə ilə heç bir qohumluğu yoxdur.

Dələduzluq erməni ailəsini Almaniyada qalmaq üçün minimal şansdan belə məhrum edib. “Nənə” könüllü olaraq getməyə razılaşıb və hətta şəhər hakimiyyətindən maliyyə yardımı da alıb. Ailənin yerdə qalan üzvləri isə Almaniyanı tərk etməkdən imtina ediblər. Nəticədə, gecə yarısı miqrasiya xidmətinin əməkdaşları polislərlə birlikdə ailənin yaşadığı yerə gəlib və artıq səhər onlar Berlindən Ermənistana deportasiya ediliblər.

Belə hallarda tez-tez baş verdiyi kimi, miqrantların tərəfini saxlayanlar da olub. Erməni ailənin də icmasına daxil olduğu yerli kilsənin pastoru Tobias Şefer hakimiyyətin hərəkətlərini dəstəkləmədiyini bildirib.

Vormsun meri Hans-Yoahim Kosubek bildirib ki, hər şey qanuna müvafiq şəkildə həyata keçirilib, uşaqlar isə valideynlərinin dələduzluğunun qurbanına çevriliblər. “Əlbəttə, təəssüf ki, uşaqları gecə vaxtı oyatmalı olduq, lakin başqa cür onlar səhər reysinə çatmayacaqdılar”, - mer deyib.

Şeferin sözlərinə görə, hazırda ailənin vəziyyəti normaldır. Onlar Ermçənistanda qohumlarının evində yaşayırlar. /Virtualaz.org/
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02