06 dek 10:04region

"Məni Rusiyada həbs edilən dənizçilərlə dəyişin"

"Məni Rusiyada həbs edilən dənizçilərlə dəyişin""Öz əsgərlərimin günahsız yerə Rusiyada saxlandığına görə ürəyim ağrıyır"

Kerç boğazında saxlanılan 24 ukraynalı dənizçini Rusiya prezidenti Vladimir Putin azadlığa buraxsa, mən könüllü olaraq Rusiya Federasiyasının həbsxanasına gedəcəyəm.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna hərbi-dəniz qüvvələrinin komandiri, admiral İqor Voronçenko Bild qəzetinə verdiyi müsahibəsi zamanı deyib.

"Öz əsgərlərimin günahsız yerə Rusiyada saxlandığına görə ürəyim ağrıyır". Admiral belə deyib.

Onun fikrincə, NATO-nun hərbi gəmiləri Azov dənizində Ukraynaya kömək edə bilər.

Qeyd edək ki, noyabrın 25-də Rusiyanın xüsusi təyinatlıları Ukraynanın 3 gəmisini və 24 dənizçini ələ keçirib.
loading...
XƏBƏR LENTİ