05 dek 18:14region

Həsənovu güllələyən məşhur azərbaycanlı killer yaxalandı

Həsənovu güllələyən məşhur azərbaycanlı killer yaxalandıAzərbaycanda sifarişli qətllər törətdiyinə görə beynəlxalq axtarışa verilən killer Moskvada saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Teleqram sosial şəbəkəsindəki “Maş” kanalında yayımlanıb.

“Moskvada Azərbaycanın ən təhlükəli və ən çox axtarılan killeri həbs edilib. Bu, böyük bankirlərin qatili olan İlya Şabanovdur” – deyə kanalda bildirilib.

Xüsusi təhlükəli cinayətkarın Moskvanın Obruçeva küçəsində yaxalandığı bildirilib.

Şabanovun 2012-ci ildə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi vurğulanıb. O, biznesmen Rauf Həsənovu 2009-cu ildə “Ayna” çap evinin vitse-prezidenti Fərhad Süleymanovun iştirakı ilə öldürməkdə şübhəli bilib. Süleymanov sonradan 2010-cu ildə Bakı hava limanında həbs edilib və killerə Həsənovun ölümü üçün silah verdiyini etiraf edib.

Araşdırmalar nəticəsində bəlli olub ki, Rauf Həsənovun qətliylə bağlı sifarişi onun Moskvadakı ortağı Mustafa Aslanov verib və killeri də məhz o göndərib. Aslanovun belə addımına səbəb isə tərəflər arasında 5 milyon dollarlıq mübahisə olub. Bakıda Şabanovu məhz Süleymanov qarşılayıb və onu Həsənovun villasına aparıb. Süleymanov sonradan məhkəmə tərəfindən 14 il həbs cəzasına məhkum edilib.
loading...
XƏBƏR LENTİ