05 dek 17:51region

Keçmiş gömrük sədri Bakı hava limanında tutuldu

Keçmiş gömrük sədri Bakı hava limanında tutulduQırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

Report-un xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.

***

Ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən verilən məlumata görə, Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.
loading...
XƏBƏR LENTİ