21 noy 13:29region

Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib

Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilibBeynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən Qazaxıstanın Türküstan şəhərində "Müqəddəs Türküstan və türk dünyasının mənəvi yenilənməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. Qazaxıstanın Türküstan əyaləti valiliyi, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin də dəstək verdiyi konfransada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Fransa, Hindistan və digər ölkələrdən türkoloqlar və diplomatik missiya nümayəndələri iştirak edib.

Türküstan valisi Canseyit Tüymebayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iyun ayında Türküstan əyalətinin yaradılması və əyalət mərkəzinin də Türküstan şəhərinə küçürülməsi ilə bağlı qərarının Türküstan şəhərinin inkişafına və türk dünyasının mənəvi mərkəzi kimi möhkəmlənməsinə böyük töhfə verəcəyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) keçmiş Baş katibi Xəlil Akıncı türk dünyası arasında inteqrasiyanın güclənməsi üçün öncə türklərin özünüdərkinin reallaşmasının vacibliyinə diqqət çəkib. Bu baxımdan, Qazaxıstanın başlatdığı “Türk dünyasının mənəvi yenilənməsi” proqramının əhəmiyyətini vurğulayıb.
Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib
Türklərin 12-13-cü əsrlərdə Orta Asiyadan başlayaraq bütün dünyada söz sahibi olduqlarını, bunun məntiqi nəticəsi olaraq yenidən müasir sivilizasiyaya yiyələnmək istədiklərini qeyd edən H.Akıncı, böyük fasilədən sonra türk dünyasının təşkilatlanması istiqamətində mühüm addımlar atıldığını, bu prosesdə Beynəlxalq Türk Akademiyasının əhəmiyyətli rol oynadığını bildirib.
Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib
TWESCO prezidenti Darxan Kıdırəli Prezident Nazarbayevin Türküstan ideyasını dəstəkləmək və sentyabr ayında Qırğızıstanda keçirilən Türk Şurasının toplantısında dövlət başçılarının qarşıya qoyduqları tapşırıqları həyata keçirmək məqsədilə bu konfransı təşkil etdiklərini qeyd edib.

Üç sessiyadan ibarət olan konfransda, türk dünyasının müqəddəs məkanları, tarixi şəxsiyyətləri, habelə, türk dil və əlifbaları məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində TWESCO tərəfindən türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə alim “Vilhelm Thomsen” medalı ilə mükafatlandırılıb.
Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib
Bununla yanşı, türk dünyası ilə bağlı önəmli xəbər və şərhlər yayımlayan kütləvi informasiya vasitələri nümayəndələrinə Beynəlxalq Türk Akademiyasının “İsmayıl Qaspralı” media mükafatı təqdim edilib.

Konfrans çərçivəsində TWESCO ilə Türküstan Valiliyi və Özbəkistan Millli Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanıb.
Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib
Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib
Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib
loading...
XƏBƏR LENTİ