21 noy 10:52region

Əvvəl arvadını, sonra özünü öldürdü

Əvvəl arvadını, sonra özünü öldürdüXanımını razı sala bilməyən F.Ş dəhşətli cinayət törədib.

Türkiyədə ər ondan boşanmaq istəyən həyat yoldaşını küçənin ortasında qətlə yetirib.

Hadisə Çanaqqala qəsəbəsinin Esenler məhəlləsində baş verib.

30 yaşlı S.Ş ailədaxili şiddətə görə əri F.Ş-dən boşanmaq üçün məhkəməyə üz utub. Məhkəmə F.Ş-in qadından uzaq durması barədə qərar qəbul edib. Buna baxmayaraq kişi arvadını incitməkdə davam edib.

Ötən gün səhər kişi işə gedən xanımın qarşısını kəsib, onunla xeyli söhbətləşib. Xanımını razı sala bilməyən F.Ş tapançasını çıxararaq öncə arvadını öldürüb, sonra öz başına güllə çaxaraq intihar edib.

Görüntülər sərnişin avtobusuna quraşdırılmış kameranın yaddaşına həkk olunub.(teleqraf.com)
loading...
XƏBƏR LENTİ