20 noy 13:00region

Daha bir ölkədən sanksiya tələbi: İran kəşfiyyatı...

Daha bir ölkədən sanksiya tələbi: İran kəşfiyyatı...Danimarka torpaqlarında sui-qəsdə cəhd edən iranlı kəşfiyyat əməkdaşları üçün Avropa Birliyində sanksiya tətbiq edilməsi ilə bağlı danışıqlar aparılır.

Axar.az xəbər verir ki, bu barədə Danimarkanın Xarici İşlər naziri Anders Samuelsen bildirib.

Samuelsen Avropa ölkələrinin Danimarkanı bu məsələdə tam dəstəklədiyini də qeyd edib.

Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini isə Danimarkada baş verənlərin İranın nüvə sazişi ilə əlaqələndirilməsinin düzgün olmadığını vurğulayıb.
loading...
XƏBƏR LENTİ