20 noy 10:36region

Türkiyə iki ərəb ölkəsi ilə QARŞI-QARŞIYA - Minlərlə əsgər sərhəddə...

Türkiyə iki ərəb ölkəsi ilə QARŞI-QARŞIYA - Minlərlə əsgər sərhəddə...Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı Suriyanın şimal-şərqində PKK/YPG terror təşkilatının işğalı altında olan bölgəyə hərbi birəşmələr göndərib.

Publika.az xəbər verir ki, əsgərlər ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın “çətiri” altında toplanıb.

Hərbi birləşmələrin say tərkibi haqqında isə məlumat verilməyib. Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində hərbi əməliyyatlara hazırlaşdığı bir zamanda iki ölkənin atdığı bu addım Türkiyə və ərəb ölkələrini qarşı-qarşıya gətirə bilər.

Qeyd edək ki, bu ilin aprel ayında Amerikanın “Vall Strit” jurnalı Vaşinqtonda Suriyanın şimal-şərqinə amerikalı əsgərlərin yerinə bir “Ərəb Gücü”nün yerləşdirilməsinin müzakirə edildiyini iddia etmişdi. Xəbərə görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir ordusunun əsgərləri Fərat çayının şərqində amerikalı əsgərləri əvəz edəcəkdi.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Cübeyr də həmin iddia ilə bağlı verdiyi açıqlamada təklifin gələcəyi təqdirdə genişmiqyaslı bir koalisiya kimi Suriyaya əsgər göndərməyə hazır olduqlarını bildirmişdi.
loading...
XƏBƏR LENTİ