19 noy 11:39region

Kılıçdaroğlu onlarla işbirliyinə gedir

Kılıçdaroğlu onlarla işbirliyinə gedirTürkiyədə 31 martda baş tutacaq Bələdiyyə seçkilərindən əvvəl partiyalararası görüşlər artıb.

Aznews.az xəbər verir ki, CHP-İYİ-Səadət partiyaları arasında baş tutan görüşlərdə, Bələdiyyə seçkilərində işbirliyi müzakirə olunub.

Görüşlərdə iştirak edən CHP nümayəndələri, hələlik bir ittifaq yaranmadığını, sadəcə, bunu müzakirə etdiklərini deyib: “Bu ittifaqı ölkənin gələcəyi üçün, ölkəyə birlik, bərabərlik və hər evə, küçəyə sakitlik gətirmək üçün yaratmaq istəyirik. Bu, açıq dəvətdir. Keçmişdə səsvermədə iştirak edən insanların xəyal qırıqlığı ilə həll yolu axtardığını görürük. Məqsədimiz onlara bir ümid verməkdir”.

CHP-nin ittifaqda ilk hədəfi, əlindəki bələdiyyə sayını artırmaqla yanaşı, AK partiyanın əlindəki böyük şəhər bələdiyyələrinin də müxalifətin nəzarətinə keçməsini təmin etməkdir.

İttifaqın yaradılması üçün böyük şəhərlər seçilir. Şəhərin seçiciləri, keçmiş seçki nəticələri kimi xüsusiyyətlər də nəzərə alınacaq. Əldə olunan nəticələr, təsdiqlənməsi üçün qruplaşmaya təqdim olunacaq.
loading...
XƏBƏR LENTİ