19 noy 10:42region

18 PKK-lı terroristi “eşşək arısı” öldürdü - TSK-dan müdhiş əməliyyat

18 PKK-lı terroristi “eşşək arısı” öldürdü - TSK-dan müdhiş əməliyyat"Xəncər-2" əməliyyatında 3-ü rəhbər olmaqla 18 terrorist məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PKK-ya qarşı həyata keçirdiyi "Xəncər-2" əməliyyatında 103 şəhidin qatili olan 18 PKK-lı terroristin necə öldürüldüyü ortaya çıxıb.

AzNews.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, terroristlər “eşşək arısı” kimi bilinən mini dronun dəstəyilə 504 saatlıq müdhiş izləmə nəticəsində təsirsiz hala gətirilib.

11 oktyabrda Cudi dağında başladılan "Xəncər-2" əməliyyatında 3-ü rəhbər olmaqla 18 terrorist məhv edilib.

Nəfəs kəsən əməliyyatda izləmə prosesinin detalları məlum olub:

Qabarda öldürülən terroristlərin digital materialları ələ keçirilib. Simsiz radiodan yollanan şifrəli mesajlar deşifrə edilib. Bir qrup terroristin PKK yayınına verdiyi reportajdakı fotolardan yerləri təyin edilib.

Peyk üzərindən koordinatları çıxarılıb. Saha sonra “Eşşək arısı” kimi tanınan səssiz mini dron aktivləşdirilib və bölgə mühasirəyə alınıb. Nəhayət, noyabrın 2-də həyata keçirilən böyük əməliyyatla terroristlər qruplar halında öldürülüb.
loading...
XƏBƏR LENTİ