21 okt 20:18region

Daha bir jurnalist öldürüldü - FOTO

Daha bir jurnalist öldürüldü - FOTOQazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb.

"Report" xəbər verir ki, Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları Feysbukda məlumat veriblər.

Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.
loading...
XƏBƏR LENTİ