18 okt 19:54region

Qaşıqçının barmaqları qoparıldı, sonra... - Səs yazısı əldə edildi

Qaşıqçının barmaqları qoparıldı, sonra... - Səs yazısı əldə edildiTürkiyənin “Yeni Şəfəq” qəzeti müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının işgəncələrlə öldürülmə anının səs yazılarını əldə etdiyini bildirib.

Axar.az xəbər verir ki, nəşr səs yazısını yayımlamasa da, konsulluqda baş verənlərlə bağlı oxuculara kiçik mətn təqdim edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna gələn C.Qaşıqçı qorxunc işgəncələrlə öldürülüb:

“Sorğu-sual zamanı onun əvvəlcə barmaqları qoparılıb. Daha sonra başı kəsilərək öldürüldü. Səs yazısında baş konsul Məhəmməd Uteybi “Bu olayı çöldə edin. Başımı bəlaya salmayın”, - deyə cəlladlara bildirib. Lakin ona cavabda “Yaşamaq istəyirsənsə, sus!” deyilib.

Qeyd edək ki, “Yeni Şəfəq”in məhz səs yazısını deyil, mətni paylaşması şübhələr oyadıb.

Sosial şəbəkə istifadəçiləri tez bir zamanda səs yazısının verilməsini tələb edirlər.
loading...
XƏBƏR LENTİ