18 okt 14:02region

Günel Məmmədovanın əri güllələndi - Foto

Günel Məmmədovanın əri güllələndi - Fotoİstanbulda iş adamı Mustafa Erkin Qaramana silahlı hücum olub.

Axar.az xəbər verir ki, Qaraman avtomobilində olarkən atəşə tutulub və iki güllə yarası alıb. Onun yaralı halda hadisə yerindən qaçdığı bildirilib.

İnsidentin dünən 20:00-da baş verdiyi vurğulanıb. Qaramanın əvvəlcə Beykoz Dövlət Xəstəxanasına yerləşdirildiyi, bundan sonra isə özəl xəstəxanalardan birinə köçürüldüyü açıqlanıb.

Qeyd edək ki, Mustafa Erkin Qaraman Azərbaycanın keçmiş baş naziri Artur Rəsizadənin sabiq müşaviri Musa Məmmədovun kürəkənidir. O, Məmmədovun qızı Günel Məmmədova ilə 2012-ci ildə Çırağan sarayında evlənmişdi.
loading...
XƏBƏR LENTİ