11 okt 10:43region

Səudiyyəli jurnalistin ölümündə Kral ailəsinin İZİ

Səudiyyəli jurnalistin ölümündə Kral ailəsinin İZİ Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı 60 yaşlı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı axtarış zamanı şübhəli bilinən 15 nəfərin Şahzadə Salmanın adamları olduğuna dair iddialar ortaya atılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Camal Qaşıqçının itkin düşməsilə bağlı İstanbula gəldiklərini bildirən 15 nəfərin içərisində əsgər, kəşfiyyatçı və məhkəmə tibbi ekspertinin olduğu müəyyən edilib. səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qaçırıldığı gün 15 nəfərlik gizli kəşfiyyat komandasının iki xüsusi təyyarəylə Türkiyəyə gəlməsi dünya mediasını şoka salıb.

İçərisində kral mühafizəçilərinin, xüsusi təyinatlıların və kralın xüsusi hava qüvvələrinin nümayəndələrinin də olduğu komandaya dəlilləri aradan qaldırmaq üçün tapşırıq verildiyi ehtimal edilir. Belə ki, həmin komanda ilə Türkiyəyə gələn ən əhəmiyyətli adlardan biri Səudiyyə Ərəbistanının Polis Baş İdarəsi Ədliyyə Tibb Qurumunun sədri olan 47 yaşlı cərrah doktor Salah Məhəmməd Al-Tubaigdir. Baş konsulluqdakı dəlilləri təmizləmək tapşırığı alan cərrahın Səudiyyə Ərəbistandan gələn və İstanbuldan ayrıldıqdan sonra əvvəl Misirə, sonra Ər-Riyada enən ikinci təyyarənin sərnişinləri arasında yer aldığı da bildirilib.

Al -Tubaigi oktaybrın 2-si Türkiyəyə Atatürk Hava limanından giriş edib və eyni gün xüsusi təyyarə ilə ölkədən çıxıb. Tubaigin 2015-ci ildə Avstraliyada xüsusi təlimlər aldığı və Qaşıqçının öldürüldükdən sonra hissələrə ayrılması prosesində də yaxından iştirak etdiyi iddia olunur. Komanda içərisində Səudiyyə Ərəbistanı Hava Qüvvələri üçün çalışan Saad Al Qahtani, Mohammad Saad Al Zahrani, Ghaleb T. Alharbi və Valeed Abdulla M. Al-Şəhərinin də olması şübhələri daha da artırır. Çünki bu adamlar Səudiyyə Müdafiə Nazirliyi və Səudiyyə kəşfiyyatı ilə birbaşa əlaqəli olan şəxslərdir.

İstintaq zamanı ortaya çıxan daha önəmli detallardan biri Camal Qaşıqçının qolunda "Apple Watch" olduğu və konsulluğa daxil olarkən onu nişanlısına verdiyi məlum olub. İstintaq qrupu bu rabitə cihazının Camal Qaşıqçının aqibəti və aparıldığı son ünvanla bağlı ciddi informasiyalar verə biləcəyinə ümid edir.
loading...
XƏBƏR LENTİ