07 okt 15:26region

Səudiyyəli jurnalist İstanbuldakı baş konsulluqda öldürülüb - Şok iddia

Səudiyyəli jurnalist İstanbuldakı baş konsulluqda öldürülüb - Şok iddia Səudiyyəli jurnalistin İstanbulda öldürüldüyü iddia olunur.

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gələn və daha sonra ondan heç bir xəbər alınmayan müxalif jurnalist Camal Kaşıkçının öldürüldüyü iddia edilir. Türk polislərin Reuters-ə verdiyi açıqlamada jurnalistin konsulluqda öldürülməsi ehtimalının olduğu bildirilir. Konsulluq rəsmiləri isə bu iddianı rədd edirlər.

Camal Kaşıkçı evliliklə bağlı məsələləri həll etmək üçün konsulluğa getmişdi. Onun orada olduğu müddət ərzində Səudiyyə Ərəbistanından 15 nəfərin 2 təyyarə ilə İstanbula gəlib binaya girdikləri və daha sonra öz ölkələrinə geri qayıtdıqları bəlli olub.

Qeyd edək ki, jurnalist Səudiyyə Ərəbistanın hakim dairələrinə qarşı müxalif mövqeyi ilə tanınır və buna görə də ABŞ-da yaşayırdı. O, Washington Post qəzetində köşə yazarı kimi çalışırdı.

Türkiyə ilə Səudiyyə Ərəbistanında jurnalistin konsulluqda olub-olmamasi ilə bağlı fikir ayrılığından dolayı vəliəhd şahzadə Salman polisin konsulluq binasına girməsinə və istədiyi kimi araşdırma aparmasına icazə verdiyini bildirib.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36