26 apr 14:03region

Türkiyə İŞİD-in “Katyuşa”larını məhv etdi

Türkiyə İŞİD-in “Katyuşa”larını məhv etdi Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) Kilis vilayətindən 21 kilometr məsafədə Rakka şəhərində yerləşən İŞİD-ə məxsus raket kompleksi təsbit edib.

Axar.az xəbər verir ki, Türkiyəyə doğru tuşlanan “Katyuşa” (Qrad) raket kompleksi hava hücumu nəticəsində məhv edilib. Hücum zamanı 8 terrorçu öldürülüb.

Xatırladaq ki, bu vurulan “Katyuşa” raket kompleksi 22 Aprel günü Kilisi atəşə tutan kompleksdir. Türkiyə bu kompleksi məhv etməklə o gün həyatını itirən 14 yaşlı Mahmud Əmrə Arslan və 4 uşaq anasının, eləcə də yaralanan suriyalı uşaqların qisasını alıb.

Yanvarın 9-dan bu günə qədər İŞİD hücumlarına qarşı aparılan cavab tədbirləri nəticəsində 492 terrorçu zərərsizlşədirilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ