19 sen 13:56region

Paşinyanın Qarabağa gəlişinin SƏBƏBİ ORTAYA ÇIXDI - Müharibə tapşırığı

Paşinyanın Qarabağa gəlişinin SƏBƏBİ ORTAYA ÇIXDI - Müharibə tapşırığı Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

Publika.az xəbər verir ki, Paşinyanı müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Artak Davtyan və xarici işlər naziri Soqrab Mnasakanyan müşahidə edib.

Paşinyan və onu müşahidə edənlər Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrinin mövqelərinə baş çəkib.

Rəsmi məlumatda deyilir ki, Paşinyan əsgərlərin döyüş hazırlığını və mövqelərin möhkəmliyini yoxlayıb.

“Vəziyyətlə yerində tanış olmaqda məqsədimiz əsgərlərin xidmət şəraitini və vəziyyət haqqında operativ məlumatın əldə edilməsidir. Hər şey qaydasındadır və vəziyyətə nəzarət etdiyimizi deyə bilərik”, - deyə o bildirib.

Paşinyan Qarabağa gedən yolda iki ayı balasına rast gəlib və erməni nazir ayılarla şəkil çəkdirib.

Bütün bunlar səfərin görünən tərəfinin detallarıdır, lakin Paşinyanın qəfil Qarabağa gəlişinin sirri diqqət çəkir.

Ermənistan Azərbaycana qarşı şərti müharibə elan edəndən sonra rəsmi Bakı analoji addım atdı və 20 minlik ordu ilə ərazilərin azad edilməsi üçün Ermənistana şərti müharibə elan etdi. Ekspertlərin də dediyi kimi, bu faktiki olaraq vəziyyətin müharibənin kandarına qədər gəlib çıxmasıdır. Xüsusilə Azərbaycanın cavab addımı Ermənistanı qorxuya saldı. Çünki müasir hərbi texnikaya malik ordumuzun genişmiqyaslı təlimləri düşmən üçün gözlənilməz xəbərdarlıq oldu.

Paşinyanın işğal altındakı torpaqlara qəfil gəlişi də müharibə xofundan qaynaqlanır. Paşinyanın əvvəlki səfərlərindən fərqli olaraq, bu dəfə cəbhəyə gılməsi də təsadüfi deyil. Mümkündür ki, o, Qarabağda döyüşə hazırlıq haqqında tapşırıq verib. Göründüyü kimi, müharibə artıq başlayır.
loading...
XƏBƏR LENTİ