18 sen 10:15region

Adnan Oktarın əməlləri ifşa edildi - Rəzalət

Adnan Oktarın əməlləri ifşa edildi - RəzalətAdnan Oktarın əsas adamı təşkilat daxilindəki rəzillikləri etiraf etdi.

Adnan Oktarın təşkilatındakı "bacılar" qrupunun ən "stajlısı", 30 ildir onların yanında olan Ayça Pars təşkilata aid bütün bilinməyənləri istintaqa danışıb, şok ifadələr verib.

A.Oktar təşkilatındakı televiziya və internet yayımlarına rəhbərlik edən A.Parsın ifadələri şok effekti yaradıb. Musavat.com Türkiyə mediasına istinadən onları nəzərinizə çatdırır.

"QIZLARI YERDƏ SÜRÜYƏR, BAŞLARINI KEÇƏL QIRXDIRARDI"

30 nəfərlik qrupda kimi gözünə kəsdirsə, onu döyərdi. Döymək deyəndə sadəcə şillə, yumruq vurmaqdan söhbət getmir. Yerdə sürüyər, başını keçəl qırxdırardı. Bir qadını aşağılayacaq hər şeyi edərdi. Bu şiddətə yüz dəfələrlə şahid oldum.

"DİNİ TƏBLİĞAT SADƏCƏ GÖZDƏN PƏRDƏ ASMAQ ÜÇÜN İDİ"

Din görüntüsü altında bir çox əxlaqsızlıqlar edildi. Təşkilatda sadəcə göstərməlik bir dini quruluş var idi. İçəridə olanlar çox daha fərqli idi. Hücrə sistemi vardı. Birinin etdiyini digərləri bilməzdi. Başda hər zaman Adnan Oktar vardı. Onun direktivləri əmr hökmündəydi.

ONA AŞİQMİŞ KİMİ BAXMAYANA YAYIM ARASINDA İŞGƏNCƏ VERİRDİ

Qadınlardan ona aşiq baxışlarla baxmalarını istəyərdi. Onu nə qədər sevdiklərini, ona ünvanlanan gözəl sözlər demələrini istəyər, daha doğrusu, bunu tələb edirdi. Qadınlardan biri əgər ona aşiqmiş kimi baxmasa, yayım zamanı "Biz 5 dəqiqə fasilə verək" deyər, yayıma ara verdirib, ona işgəncə verərdi. Bu zaman kameralar söndürülür, yediyi yemək başından aşağı tökülür, saçlarını qayçı ilə, hətta əli ilə yolur, təhqirlər yağdırırdı.

PARANOYAK DAVRANIŞLARI VARDI

Qızı yanına çağırıb, barmağı ilə nəbzinə baxardı. Qızın qorxudan nəbzi yüksəldiyi vaxt "Bax, məni necə sevir. Toxunanda nəbzi yüksəldi" deyərdi. Ağlamaqdan gözləri şişən qızlara "Mənə eşqlə baxır. Baxanda gözləri dolur" deyirdi.

TƏŞKİLATDAKI BÜTÜN QADINLARI ÖZÜNƏ KƏNİZ ETDİ

Ciddi bir mehdilik taxıntısı vardı. Ona elə gəlirdi ki, mehdidir. Şəhvət və lüks düşkünü idi. Paranoyakdı. Hər kəsi sata biləcək qədər etibarsız biri idi. Təşkilatdakı bütün qadınları özünə kəniz etmişdi.

KİÇİK QIZLARI YAYIM ZAMANI GÖSTƏRMƏZDİK

Təşkilata 15-16 yaşında qızlar da gəlirdi. Studiyaya gələn kiçik qızları yayım zamanı göstərməzdik. (musavat.com)
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36