16 sen 13:04region

Patriarx Rusiyanı qəzəbləndirdi: Türkiyədə kilsələr açılır

Patriarx Rusiyanı qəzəbləndirdi: Türkiyədə kilsələr açılırYunanıstan patriarxı ilə əlaqələrimiz kəsilərsə, Rusiya Ortodoks Kilsəsi vicdan əzabı çəkmədən Türkiyədə öz kilsələrini açacaq.

Axar.az xəbər verir ki, bu sözləri rus ilahiyyatçı Arkadi Maler Yunanıstan patriarxı I Bartolomeyin Ukrayna Ortodoks Kilsəsinə otosefali (müstəqillik) verəcəyi halda Rusiya Ortodoks Kilsəsi ilə Yunanıstan patriarxı arasındakı münasibətlərin gərginləşmə ehtimalını şərh edərkən deyib.

“Bu münasibətlər kəsilərsə, Bartolomeyin qanunları əvvəlki kimi qiymətli olmayacaq və biz də Türkiyədə, Şimali Yunanıstanda, Egey adalarında və istədiyimiz yerdə öz ibadət evlərimizi açmaq hüququnu əldə edəcəyik. Çünki bu kilsə bizim üçün hərtərəfli olaraq, kilsə olmaqdan çıxmış olacaq", - Maler deyib.

O, Türkiyədə ortodoksların sayının azalmasına səbəb kimi həm buradakı kilsələrin çox vaxt bağlı olmasını, həm də Yunanıstan Patriarx kilsələrinin gettoya çevrilməsini göstərib:

"Türkiyədəki ortodoksların sayı sürətlə azalır. Bu gün onların sayı 5 mindən azdır. Bu hal Yunanıstan patriarxına dünyanın digər ölkələrində təcavüzkar siyasət aparmasına mane olmur. Onlar 1920-ci ildən etibarən digər kilsələrə aid olmayan dünyadakı bütün torpaqların avtomatik olaraq onlara məxsus olduğunu iddia edən dini və siyasi ideologiyanı müdafiə edirlər. Buna görə Amerika, Avstraliya, Yeni Zelandiya, dünyanın demək olar ki, bütün adaları və Asiyanın yarısı bu torpaqlara aiddir. Yunanıstan patriarxı Hindistanı da öz ərazisi kimi qəbul edir. Halbuki qanuni olaraq, bu ölkə mərkəzi Dəməşqdə olan Antakya Ortodoks Kilsəsinə aiddir. Bölgədəki bitmək bilməyən müharibəyə görə, onun Hindistanda kilsə açmaq imkanı yoxdur. Yunanıstan patriarxı bundan istifadə edir”.

Qeyd edək ki, Yunanıstan patriarxı I Bartolomey Ukrayna Ortodoks Kilsəsinə otosefali (müstəqillik) verəcəyini açıqlayıb.
loading...
XƏBƏR LENTİ