14 sen 16:22region

Urmu gölü ilə bağlı məsələ Avstraliyada müzakirə edildi

Urmu gölü ilə bağlı məsələ Avstraliyada müzakirə edildi Avstraliya-Azərbaycan Assosiasiyası Birliyinin üzvləri bu ölkənin keçmiş ədliyyə və miqrasiya naziri, hazırda BMT-də insan hüquq və azadlıqları müdafiəçisi, Sidneyin bələdiyyə sədri Filip Rudokla görüşüblər.

Görüşdə Avstraliyada Azərbaycan diasporunun fəallarından Mikayıl Oyta, Cesika və Roza xanımlar iştirak ediblər.

Birliyin sədri Mikayıl Oytanın cebhe.info-ya verdiyi məlumata görə, görüşdə İranda ana dili və milli kimlik uğrunda mübarizə aparan Azərbaycan türklərinin durumu haqqında, Umru gölünün quruması ilə əlaqədar bölgədə yaranacaq ekoloji fəlakət barədə məlumat verilib.

Mikayıl Oyta Filim Rudokun diqqətinə çatdırıb ki, Urmu gölü quruyarsa milyonlarla Azərbaycan türkü ərazidən köçürüləcək. Bu da İran hakimiyyətinin düşünülmüş siyasətidir.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52